Concert

57-ci “Avroviziya Mahnı Müsabiqəsi” 2012 Bakıda

57-ci “Avroviziya Mahnı Müsabiqəsi” 2012 Bakıda

57-ci “Avroviziya Mahnı Müsabiqəsi” 2012-ci ildə 2011-ci ildə müsabiqədə Ell & Nikki (Eldar Qasımov və Nigar Camal) qalib gəlməsilə Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunub. Müsabiqəyə 42 ölkənin təmsilçisi qatılıb. Azərbaycan, Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya təmsilçiləri birbaşa finalda iştirak ediblər.

Mərasimin kuliminasiya nöqtəsi müsabiqədə müxtəlif illərdə qalib gəlmiş müğənnilərin – Dima Bilan, Aleksandr Rıbak, Mariya Şerifoviç, Lena Meyer və Eldar Qasımovla Nigar Camal duetinin çıxışları oldu. Konsert proqramında Alim Qasımov, İsfar Sarabski, Teymur Geokçayevin rəhbərlik etdiyi kamera teatrı, Aygün İsmayılova, Samir Cəfərov, “Natiq” ritm qrupu, Emin, Murad Hüseynov və Azərbaycan xalq rəqsləri dövlət ansamblı da çıxış ediblər.

Yarımfinallar mayın 22-də və 24-də, final isə mayın 26-də keçirildi. “Avroviziya Mahnı Müsabiqəsi 2012”-nin qalibi 372 bal toplayan “Euphoria” mahnısı ilə müğənni Lorin - İsveçrə seçilib.