Concert

Müğənni Shakira Bakıda eksklüziv şou təqdim edib

Müğənni Shakira Bakıda eksklüziv şou təqdim edib

Müğənni Shakira oktyabrın 14-də Bakıda "Baku Crystal Hall"da eksklüziv şou təqdim edib. Ulduz səhnəyə çıxmazdan əvvəl iki "Qrammy" mükafatının sahibi olan kanadalı R&B və soul ifaçısı Melani Fayona "Change The Records", "The MF Life", "Fool For You" kimi mahnılarla çıxış edib.

 
Bundan sonra Shakira səhnəyə çıxaraq bir saatlıq unudulmaz şou proqram təqdim edib. Ana olmağa hazırlaşan ulduz bütün çıxışlarını ləğv edib, lakin, Bakıda çıxış etmək təklifindən imtina etməyib. O, həmçinin - "Körpəmlə birlikdə səhnəyə ilk dəfə çıxdıq. Özümüzü çox yaxşı hiss edirik və körpəmin mənimlə bir yerdə oxumağını və oynamağını hiss edirəm", - deyə bildirib.