MƏtbuat mƏrkƏzİ

Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram balı

Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram balı

2013-cü fevralın 2-də Səbail Rayon İcra Hakimiyyətinin (RİH) təşkilatçılığı ilə Səbail rayonu gənclərinin - Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir. Gənclər balında rayonun istehsalat, elm, mədəniyyət, ictimai, elmi-pedaqoji, biznes və idman sahələrində fərqlənən gənclər iştirak etmişlər. 

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrdə fərqlənən gənclərə 20 nominasiya üzrə Səbail RİH-nin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur. Tədbir konsert proqramı ilə davam etmişdir.