Concert

San Remo festivalının ulduzları Bakıda

San Remo festivalının ulduzları Bakıda

Dekabr ayının 18-də “San-Remo festivalının ulduzları Bakıda” adlı konsert keçirilib. İtaliya estradasının onlarla əfsanəvi ifaçısının iştirakı ilə reallaşan konsert iki saatdan artıq davam edib. Aparıcılar İtaliyanın məşhur aktrisası Arnella Muti və Tural Əsədov olub. Möhtəşəm səhnəni San-Remo - İtaliya mahnıları festivalının iştirakçıları və qalibləri bölüşüblər. Tamaşaçılar məşhur dövrün çoxdan sevilən hitlərini dinləməklə yanaşı, həm də öz kumirlərini görmək imkanı əldə ediblər. Səhnədən 80-ci illərin coşqun gənclərini yerindən oynadan həmin şlyagerlər yenidən səsləndirilib. Burada İtaliya estradasının bütün superulduzlarını görmək mümükün olub. Al Bano, Toto Kutunyo, Pupo, “Matia Bazar”, Rikkardo Foli, “Rikki e Poveri”, Toni Espozito, Umberto Totsi, Mariya Fiordalizo və İvan Spaqn. Konsert sona qədər Azərbaycan tamaşaçısında sözün əsl mənasında nostalji hisslər yaradıb.