MƏtbuat mƏrkƏzİ

Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram balı

Azərbaycan Gəncləri Gününə həsr olunmuş bayram balı

2014-cü il yanvarın 31-də press mərkəzdə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu rayonun gənclərinin Azərbaycan Gəncləri Gününə həsr olunmuş möhtəşəm bayram balı keçirilmişdir.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsil, idman, elm, mədəniyyət və s. sahələrdə fərqlənən, ümumilikdə 20 nominasiya üzrə gəncə və gənc kollektivə Səbail Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Mərasim respublikamızın populyar incəsənət xadimlərinin iştirakı ilə böyük konsert proqramı və gənclərin diskotekası ilə başa çatmışdır.