Concert

Dünya ulduzları Bakıda - “Adrenalin festivalı”nda

Dünya ulduzları Bakıda - “Adrenalin festivalı”nda

Noyabrın 1-də “Adrenalin festivalı” keçirildilmişdir. Məhz bu festival çərçivəsində dünya ulduzları Nikol Şerzenger, “Black Eyed Peas”in solistləri Apl.de.Ap, Will.I.Am və “LMFAO” qrupundan Redfoo çıxış edib. Will.i.am təxəllüsülü amerikan reper, multiinstrumentalist, aktyor, prodüser, The Black Eyed Peas qrupunun yaradıcısı və lideri, will.i.am music leyblının sahibi, filantrop, Intel korporasiyasının 3D Systems şirkətinin direktorudur. 

Allen Pineda Lindo - apl.de.ap təxəllüsü ilə çıxış edən reper, prodüser və Black Eyed Peas qrupunun üzvüdür. Dj Redfoo-nun musiqiçi kimi bioqrafiyası 1997-ci ildən başlayıb. 2006-cı ildən isə LMFAO (Redfoo) duetilə məşhurlaşır. Nikol Şerzinger amerikan pop/R&B ifaçısı, rəqqasə, mahnı müəllifi, prodüser, aktrisa və fotomodeldir. O, The Pussycat Dolls qrupunun vokalçısı kimi məşhurluq qazanıb. 2006-cı ildən isə solo albomu ilə fəaliyyətə başlayıb.