Concert

 Emin və dostları

Emin və dostları

4 dekabr 2014-cü il tarixdə bəstəkar-ifaçı Emin Ağalarov öz “Emin və dostları” adlı proqramını təqdim etdi. Konsertdə Eminin Rusiya həmkarları da çıxış etdilər. Svetlana Loboda, Ani Lorak, Stas Mixaylov, İrina Dubsova, Qriqoriy Leps və Çarli Vilyams Emin ilə duet ifa edərək tamaşaçılara xoş anlar bəxş etdilər. 

Gecənin son hissəsində Azərbaycan Respublikasının Xalq artisti Zülfiyə Xanbabayeva ilə birlikdə Azərbaycan dilində şöhrətli Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndi. Konsertdə çox sayda duetləri cəmləşdirən Eminin yeni “Naçistotu” adlanan rus dilli diskı qonaqlara təqdim edildi.