Baku 2015 Arenalar

BMX Veloparkı

BMX Veloparkı

BMX Veloparkı Bakı 2015 Avropa Oyunları üçün tikilən müvəqqəti obyektlərdəndir. Buna baxmayaraq Oyunlardan sonra qalan miras olaraq da ölkə ictimaiyyətinin istifadəsinə təqdim olunacaq. BMX Veloparkına aid yarış zolağı indi mövcud olan Bakı Velopark kompleksinə bitişikdir və bu trek oyunlardan sonra kompleksə daxil ediləcək. BMX Veloparkı Bayraq Meydanı və Avropa Oyunları Parkının cənubunda, Ramada Oteli və Şıxov çimərliyi ilə üzbəüz yerləşir. 

Obyektə aid faktlar

  • BMX yarışları 26 iyundan başlayaraq 3 gün ərzində davam edəcək.
  • Ümumilikdə 48 idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq.
  • Yarış günlərində bu veloparkın tamaşaçı tutumu ən çox 990 nəfər olacaq.

Keçiriləcək yarişmalar

  • Dağ velosipedi BMX - 26-28 iyun