Baku 2015 Arenalar

Olimpiya Stadionu (STA)

Olimpiya Stadionu (STA)

Olimpiya Stadionu futbol yarışları və atletika görüşlərinə ev sahibliyi etmək üçün nəzərdə tutulan çoxfunksiyalı kompleksdir. Bu obyekt Atletlər Kəndinin (AK) şimalında yerləşir və burada atletika yarışları ilə yanaşı Avropa Oyunlarının Açılış və Bağlanış Mərasimləri də keçiriləcək. Tikintisi 2015-ci ilin fevralında tamamlanması planlaşdırılan bu stadion 68 min 195 tamaşaçı tutumuna sahib olacaq. Stadionun ərazisində 21 min 915-ə qədər tamaşaçı yeri, yaşıllıq parkları və avtoparkların da olduğu atletlər üçün nəzərdə tutulmuş təlim-məşq yerləri mövcuddur.

Obyektə aid faktlar

  • Stadionun tikintisinə 2011-ci ilin iyunun 6-da prezident İlham Əliyevin, FİFA və UEFA prezidentləri - Yozef Blatter və Michel Platininin təməlatma mərasimində iştirakı ilə başlanıb.
  • Açılış mərasimində 6 min 500 atlet və rəsmilərdən, eləcə də 5 mindən çox mərasim iştirakçısından ibarət heyət stadionda təşkil olunacaq səhnədə yer alacaq.
  • Komandaların atletika yarışları iki gün ərzində 21-22 İyun tarixlərində bu stadionda baş tutacaq.

Keçiriləcək yarişmalar

  • Açılış mərasimi – 12 iyun
  • Atletika – 21-22 iyun
  • Bağlanış mərasimi – 28 iyun