MƏtbuat mƏrkƏzİ

4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi

4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi

İyunun 23-dən 24-dək Bakıda 4-cü HESTOUREX Dünya Sağlamlıq Turizmi Sərgisi təşkil olunub.

Dünyanın ən böyük sağlamlıq turizmi sərgisi olan HESTOUREX-nin post-pandemiya dövründə hər il fərqli bir məkanda keçirilməsi nəzərdə tutulur. Bu il dünyanın ən böyük sağlamlıq turizmi toplantısı HESTOUREX öz iştirakçılarını tamamilə yenilənmiş formada Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunub. Bu görüşə 22 Avropa ölkəsi daxil olmaqla, dünyanın 65-dən çox ölkəsindən 1000-dən çox sağlamlıq turizmi təşkilatı qatılıb. Türkiyənin də məşhur termal və sağlamlıq turizmi mərkəzlərinin iştirakı ilə baş tutan sərgidə minlərlə B2B görüşlərin təşkil olunub. Sərgi zamanı çoxlu panellər və xüsusi təqdimatlar nümayiş olunub. İştirakçılar Baku Crystal Hall-un Mətbuat Mərkəzində xəstəxanalar, klinikalar və turizm agentlikləri ilə işgüzar görüşlər keçirmə şansı əldə edib.

Sərgi rəsmi olaraq Azərbaycan Dövlət Turizm Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası tərəfindən dəstəklənir.