Baku 2015 Arenalar

Bakı Kristal Zalı (CHA)

Bakı Kristal Zalı (CHA)

Kristal Zal Xəzər dənizində yarımadanın Bakı körfəzindəki çıxıntısının üzərində olan simvolik Bayraq Meydanı ərazisində yerləşir. Bu nizamlana bilən və çox-məqsədli məkan 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi zamanı açılmışdı və bu kompleks o vaxtdan bəri müxtəlif əyləncə, biznes və idman tədbirlərinə ev sahibliyi edib.

Obyektə aid faktlar

  • Bakı Kristal Zalı 3 hissəyə bölünüb və 5 idman növünə ev sahibliyi edir - Voleybol, Boks, Karate, Taekvondo və Qılıncoynatma

Bakı Kristal Zalı 1-ə aid faktlar

  • 13 iyundan başlayaraq 16 günlük Voleybol yarışları
  • 3796 tamaşaçı tutumu
  • 336 idmançı iştirak edəcək

Bakı Kristal Zalı 2-yə aid faktlar

  • 16 iyundan başlayaraq 12 gün Boks yarışları
  • 2000 tamaşaçı tutumu
  • 330 idmançı iştirak edəcək

Bakı Kristal Zalı 3-ə aid faktlar

  • 13-14 iyun tarixlərində 2 günlük Karate yarışları
  • 16-19 iyun tarixlərində 4 günlük Taekvondo yarışları
  • 23-27 iyun tarixlərində 5 günlük Qılıncoynatma yarışları
  • Karate və Taekvondo üçün tamaşaçı tutumu 1495, Qılıncoynatma üçün isə 1012-dir
  • 96 idmançı Karate yarışlarında
  • 128 idmançı Taekvondo yarışlarında
  • 216 idmançı isə Qılıncoynatma yarışlarında iştirak edəcək