İdman

Baku 2015

Baku 2015

Baku 2015 – İlk Avropa Oyunları adından da göründüyü kimi Avropa qitəsi tarixində bir ilkoldu. 17 gün ərzində (12-28 iyun) 50 ölkənin atletləri 20 idman növü üzrə yarışlarda iştiraketdilər. Ümumilikdə 253 medal mərasimi keçirildi. Təkcə Avropa deyil, bütün dünyanın nəzər nöqtəsinə çevrilən bu tarixi əhəmiyyətli tədbir hələ uzun müddət danışılacaqdır. 
I Avropa Oyunlarında olduğu kimi, hər 4 ildən bir təşkil olunacaq yarışların məşəli Bakıda yandırılacaq. Atəşgah məbədində alovlandırılacaq məşəl təşkilatçı ölkəyə Bakıdan aparılacaq. Artıq bu barədə qərar da verilib. Bunu Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki öz çıxışında qeyd edib: " Bakı Avropa Oyunlarının tarixində əbədi rol oynayacaq. İlk qitə miqyaslı Oyunların təşkilatçısı olan Azərbaycan bundan sonrakı yarışların da rəmzi start nöqtəsi olacaq. Avropa Olimpiya Komitəsi də bununla bağlı qərar verdi."