MƏtbuat mƏrkƏzİ

Stiven Siqal Baku Crystal Hall-da

Stiven Siqal Baku Crystal Hall-da

         Sentyabr ayının 21-də dünyaca məşhur kino ulduzu və aikido döyüş növü üzrə yeddinci dan qara kəmər ustası Stiven Siqal Bakıya səfər edib. Hollivud ulduzu Bakıda prezident İlham Əliyevlə görüşdükdən sonra Baku Crystal Hall-un mətbuat mərkəzində Azərbaycan Aikido Federasiyasının bütün regional şöbələrinin nümayəndə heyəti ilə görüşüb. Yerli aikido ustaları və onların şagirdləri ilə birgə tatami üzərinə çıxan Hollivud əfsanəsi ustad dərsi keçib. O, idmançılarımızın hazırlıq səviyyəsini də qiymətləndirib.

         Görüşün sonunda aktyor arenanın rəhbər və işçi heyəti ilə şəkil çəkdirib və sosial şəbəkələrdə şəxsi hesabında paylaşıb.