Lİnk bİnasI

“Mülki Müdafiə və yeni informasiya texnologiyaları” təlimi

“Mülki Müdafiə və yeni informasiya texnologiyaları” təlimi

2 mart tarixində Baku Crystal Hall-da “Mülki Müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Baku Crystal Hall-un bütün şəxsi heyyəti iştirak edib. Tədbirin iştirakçılarına 1 mart “Ümumdünya Mülkü Müdafiə günü”nün yaranma tarixi və qeyd olunmasının məqsədi barədə məlumat verilib.

Mülki Müdafiə Qərargah rəisi “Mülki Müdafiə və yeni informasiya texnologiyaları” mövzusunda çıxış edib.

Fövqəladə hadisə baş verən zaman işçilərə ilkin tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirilib və bu barədə sanitar manqasının komandiri çıxış edib. Mövzu ətrafında tədbirin iştrakçıları ilə diskussiya keçirilib.

İşçilər qarşısında Fərdi Mühafizə Vasitələri və Tibbi Fərdi Mühafizə Vasitələri nümayiş etdirilib, onlardan istifadə qaydaları göstərilib.