MƏtbuat mƏrkƏzİ

100 Gün Gerisayımı

100 Gün Gerisayımı

">Bu gün Crystal Hall Mətbuat Mərkəzinin Konfrans zalında 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması münasibətilə gerisayım tədbiri keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, FİDE prezidenti Kirsan İlümjinov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Əməliyyat Komitəsinin icraçı direktoru Mahir Məmmədov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov iştirak ediblər. Tədbir iştirakçıları bu il arenamızda keçiriləcək olimpiada ilə bağlı məlumat veriblər və daha sonra birlikdə gerisayım start düymələri basılıb. Həmçinin tədbirdə 42-ci Ümumdünya Şahmat Olimpiadasının talismanı tamaşaçılara və media nümayəndələrinə nümayiş edilib və müəllifə Azərbaycan Şahmat Federasiyası və Olimpiadanın Əməliyyat Komitəsi tərəfindən sertifikat və pul mükafatı təqdim olunub. Sonda qonaqlar Olimpiadanın keçiriləcəyi arenada oldular.