MƏtbuat mƏrkƏzİ

Hakimliyə namizədlərin test imtahanı

Hakimliyə namizədlərin test imtahanı

  9 iyun tarixində bütün hakimliyə namizədlər üçün Mətbuat Mərkəzində test imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilən imtahanın özəlliyi ondan ibarət oldu ki, imtahan suallarının seçilməsi, sual kitabçalarının çapı və yoxlanması kimi bütün proseslər namizədlərin və eləcə də, 30-dan çox beynəlxalq təşkilat və yerli QHT təmsilçilərinin nümayəndələrinin qarşısında baş verib. İmtahan bitdikdən sonra isə cavablar imtahan zalinda təqdim edilib.