Concert

Bakı Şəhər Halqası konserti - Jamiroquai

Bakı Şəhər Halqası konserti - Jamiroquai

2018 Formula 1 Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalında keçiriləcək.

Jazz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyət müddəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “Ivor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

Jamiroquai-nın ilk albomu “Emergency on Planet Earth” adlanır və qrup bu albomu ilə davamlı inkişafda olub və böyük uğurlar qazanıb. Dünya musiqisinin ən məşhurlarından olan “Chance the Rapper”, “Pharrell”, “Tyler the Creator”, “Jungle”, “Redman” və “The Internet” kimi tanınmış ulduzların böyük rəğbətini qazanan və həmçinin Stivi Vonder və Dayana Ross ilə birlikdə möhtəşəm ifalar nümayiş etdirən bu qrup dövrümüzdə hamının böyük hörmət göstərdiyi aparıcı musiqi innovatorlarından biri kimi qəbul olunmaqdadır.

Bakıya toplaşacaq bütün Formula 1 azarkeşlər üçün yüksək enerjili konsert gözlənilir və Jamiroquai qrupu yarış həftəsonunun ilk gecəsində nümayiş etdirəcəyi konsert proqramında Kristal Zala toplaşılacaq avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə yaşadacaqlar.  

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 27-də “Jamiroquai”nın iştirakı ilə baş tutacaq axşam konsertinin ardınca məşhur DJ Afrojack idmansevərlərə coşqulu gecə təqdim edəcək.

“Grammy” mükafatına sahib Afrojack bəstəkarlığı ilə də məşhurdur. O, elektronik, hip-hop və pop kimi müxtəlif musiqi janrları arasında asanlıqla keçidlər yarada bilən peşəkar sənətçidir. Afrojack yalnız öz treklərinə görə yox, həm də məşhur müğənnilər üçün bəstələdiyi mahnılara görə tanınıb. Onun bəstələdiyi treklər sırasına Beyonsun “Run the world (Girls)”, Madonnanın David Quetta ilə birlikdə ifa etdiyi “Revolver” və Ne-Yo ilə Pitbullun birgə səsləndirdikləri “Give me everything” mahnıları daxildir.

Təkcə bu il Afrojack “Dirtcaps” ilə birlikdə “Bad Company” trekini, yenidən David Guetta və Sia ilə birlikdə “Helium” trekini, həmçinin U2-nin “Get out of your own way” mahnısının remiksini buraxıb. O, yaxın dostu David Quetta ilə sıx əməkdaşlıq edir. Onlar bu ilin sonunda İbizada birlikdə çıxış edəcəklər. Bundan başqa, iki dost ötən il Ester Dean ilə birlikdə ifa olunan “Another life” və Charli XCX və French Montana ilə birlikdə səsləndirilən “Dirty sexy money” mahnılarını ərsəyə gətiriblər.

Madonnanın David Guetta ilə birgə ifa etdiyi “Revolver” mahnısına Afrojackın 2011-ci ildə yazdığı “One love club” remiksi “Grammy” mükafatında qeyri-klassik janr kateqoriyasında ilin ən yaxşı remiksi adına layiq görülüb.