XƏBƏRLƏR

İstək Liseyi Baku Crystal Hall-da

İstək Liseyi Baku Crystal Hall-da

"Uşaqlar bizim gələcəyimizdir!" kəlmələri bizim də şüarımızdır. Uşaqlarla bağlı bir çox tədbirlərə ev sahibliyi də etmişik. Tədbir olmadığı günlərdə belə biz uşaqlar üçün faydalı olmağa çalışırıq. Bildiyiniz kimi dəfələrlə Crystal Hall-a məktəbli turları təşkil etmişik. 
Bu dəfə də qapılarımızı "İstək Liseyi"nin şagirdlərinə açdıq. Qonaqlarımız liseyin 5-ci sinif şagirdləri oldular. Əvvəlcə onlara Crystal Hall haqqında tam ətraflı məlumat verdik. Bəzi məlumatları daha da yaxşı başa düşmələri üçün onlara müqayisəli və şəkilli məlumat slaydı hazırlamışdıq. 
Slayddan sonra onlara əyani olaraq arena, məşhurların olduğu otaqlar, ofis binası və gündəlik olaraq gedən iş prosesi ilə tanış etdik.
Uşaqların sevinci və məmnunluğu işimizə daha da stimul verir.
Qapılarımız hər zaman açıqdır!