İdman

Baku 2017 - Voleybol (CH1)

Baku 2017 - Voleybol (CH1)

Kristal Zalı  IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın ən məşhur komanda idman növlərindən biri olan voleybola ev sahibliyi edəcək.  11 günlük yarış zamanı müxtəlif millətləri təmsil edən kişi və qadın idmançılar qızıl medal uğrunda mübarizə aparacaq.  Qeyd edək ki,qadınlardan ibarət milli komandamız İslamiada da Qırğızıstan Tacikistan və Türkiyə ilə eyni qrupda mübarizəyə qoşuldular.  May ayının 11-də baş tutmuş ilk oyunda komandamız hər 3 setdə Qırğızıstana qalib gəldi.  Daha sonra ardıcıl olaraq may ayının 13-də Tacikistan və 14-də Türkiyə milli komandalarına da hər 3 setdə qalib gələn yığmamız yarışın yarım final mərhələsinə yüksəldi.  Yarımfinal görüşünü də uğurla başa vuran komandamız finalda Türkiyə yığması ilə görüşdü. Final matçını 3-1 hesabı ilə qalib başa vuran yığmamız qızıl medala sahib oldu.

Kişilərdən ibarət milli komandamız isə ardıcıl olaraq Pakistan Türkiyə və Türkmənistan milli komandaları ilə eyni qrup da mübarizəyə qoşuldu.  İlk oyununu komandamız may ayının 11-də Pakistana qarşı keçirtdi və hər 3 setdə qalib gəldi.  Daha sonra yığmamız Türkiyə milli komandası ilə növbəti oyununa çıxdı.  Çox gərgin və maraqlı keçən oyun sonda komandamızın 3-2 hesablı qələbəsi ilə sona çatdı.  Qrupda sonuncu oyununu isə komandamız may ayının 17-də Türkmənistana qarşı keçirəcəkdir.  Daha ətraflı məlumat almaq üçün Baku 2017-nin rəsmi internet səhifəsindən məlumat ala bilərsiniz.