İdman

Baku 2017 - Boks (CH2)

Baku 2017 - Boks (CH2)

Boks yarışları Bakı Kristal Zalında keçirilib.  Yarışlar  7 gün davam edib və kişilər üçün 10 çəki kateqoriyasında təşkil edilib.  Yarışa may 12-də start verilib və may ayının 16-dək ilkin mərhələlərin görüşlərinə yekun vurulub.  May ayının 17-də yarımfinallar, 18-də isə finallar keçirilib.  Həlledici döyüşlərdə Azərbaycanın 6 boksçusu altı fərqli çəki dərəcəsində qızıl medal uğrunda yarışıblar və onlardan 3-ü - 60kq çəkidə Cavid Çələbiyev, 91kq çəkidə Teymur Məmmədov və +91kq çəkidə Məhəmmədrəsul Məcidov qızıl medalın, 81kq çəkidə Rauf Rəhimov, 69kq çəkidə Tamerlan Abdullayev və 75kq çəkidə Kamran Şahsuvarlı gümüş medalın və 59kq çəkidə Tayfur Əliyev isə bürünc medalın sahibi olublar. 

 Qeyd edək ki, kişi boksçular arasında təşkil olunacaq turnirdə Azərbaycan yığmasının şərəfini 10 idmançı qoruyur.

 Baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu İslamiadada təcrübəlilərlə yanaşı, gənc perspektivli boksçulara da şans verdiyini deyib. 

 Daha ətraflı məlumat almaq üçün Baku 2017-nin rəsmi internet səhifəsindən www.baku2017.com məlumat ala bilərsiniz.