Lİnk bİnasI

 "Yaradan uşaqlar " layihəsinin təqdimatı

"Yaradan uşaqlar " layihəsinin təqdimatı

Oktyabrın 27-də Bakı Kristal Zalında " Yaradan uşaqlar " layihəsinin təqdimatı keçirildi, həmçinin yaradanproject.az rəsmi saytında təqdim edildi. Tədbirdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri, media mətbuatı və digər əhəmiyyətli şəxslər iştirak ediblər. Təqdimatın birinci hissəsi qismən rəsmi idi, burada müəllimlərin və kuratorların böyük bir işi göstərildi. İkinci hissədə qonaqlara furşet təklif edildi. Onlar həmçinin musiqiçi - bəstəkar Anar Catermanın ifasında canlı musiqi sədaları altında xoş zaman keçirdilər.
Qeyd etmək istərdik ki, "YARADAN" layihəsinin bütün iştirakçıları könüllüdürlər. Onlar mənəvi dəyərlər, həyat və insanlara olan məhəbbətin ən yüksək nüfuzunun ideyası ilə birləşirlər. Dostlarımız – yaradançılar şablon xeyyrirəçilik mövzusundan kənarlaşaraq, “ xeyyriyəçilik ” anlayaşını elm, incəsənət və bir az da əyləncə ilə əvəz edərək Yaradan Uşaqlar layihəsini ərsəyə gətiriblər.