Concert

Aygün Kazımova - 30 il

Aygün Kazımova - 30 il

2017-ci il 22 sentyabr tarixində xalq artisti, Azərbaycan estrada səhnəsinin divası sayılan Aygün Kazımova arenamızda möhtəşəm "30-il" adlı solo konsert ilə çıxış edib. A.Kazımovanın sənətdə olmasının 30 illik yubileyinə həsr olunan bu konsertdə yaradıcılıq dövrü ərzində divanın oxuduğu hitlər səsləndirilib, Konsertin miqyası tədbir üzərində işləyən komandanın peşəkarlığını göstəririr.
Rejissor və xoreoqraf Red Bentifor gənclər və İdman Nazirliyinin birbaşa dəstəyi ilə həyata keçirilən konsertin üzərində işləyib. O bir çox böyük dünya şoularını, o cümlədən "Paris Notr-dam kilsəsi" və "Romeo və Cülyetta" kimi məşhur müziklləri səhnəyə qoymuş fransız rejissordur. O, Bakıda artıq bir aya yaxındır ki, xalq artisti ilə konsertə hazırlaşıdı. Konsert zamanı səhnədə xarici və yerli rəqqaslar yer alıb.
Layihənin ulduzlarından biri Aygün Kazımovanın dəvət etdiyi səs rejissoru Jerar Albodur (İngiltərə). O, Rihanna, Anasteyşa, Betti Smit kimi dünya ulduzlarının öz layihələrinin "səs"ini etibar etdiyi birinci səviyyəli səs rejissorudur. Həmçinin o Emi Uaynhausun şəxsi səs rejissoru olub.
Konsert üzərində işləyən səhnə tərtibatçısı bir çox məşhur xarici filmin səhnə tərtibatçısı və rəssamı argentinalı Santyaqo Fernandedir. O beynəlxalq TV məkanında yayımlanmış ingilis və amerikan reklam çarxlarının rejissoru olub.
Konsertin prodüseri aktyor, müğənni Stefani Mqebrişvili olub. Klipləri Beyons və Ledi Qaqa ilə bərabər MTV cədvəllərinə düşən və bütün dünyada təqdim olunan yeganə gürcüdür. VOICE musiqi şousunun son üç mövsümündə o münsiflər heyətində olub, təzəlikcə o X-FACTOR-da münsiflər heyətində iştirakını başa vurub. O, Gürcüstanda mindən çox konsert layihələrinin rejissoru və prodüseri olub.
Səhnə geyimlərinin hazırlanmasını Aygün Kazımova kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay və Türkiyə Moda həftələrində nümayiş etdirilən ilk və yeganə həmyerlimiz dizayner Rüfət İsmayılova həvalə edib.
Konsertin dekoru ilə Gürcüstandan Tea Teliya məşğul olub. Rejissorun köməkçiləri -Françesko Zaveçia (İtaliya), Nataliya Pere (İtaliya), Cimmi Vayrpn (Fransa). "Aygün Kazımova - 30 il" layihəsinin rəhbəri -Şahin Qurbanov (Azərbaycan).
Konsertin musiqi prodüseri- "RAST" qrupunun bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Rəşad Həşimovdur.