Concert

Tarkan konsert

Tarkan konsert

25 noyabr 2023-cü il tarixində, illər sonra Türkiyə şou-biznesinin super ulduzu, türk Pop Musiqisinin gəlmiş-keçmiş ən böyük sənətçilərindən biri, möhtəşəm ifaları və hərarətli səhnə performansı ilə onlarla ölkədə milyonlarla insanın qəlbini fəth etmiş, yüzlərlə yerli və beynəlxalq laureatlara layiq görülmüş, "Megastar" - Tarkan MDB ölkələrinin paytaxtlarına etdiyi konsert turu çərçivəsində yenidən Bakıda solo konsert proqramı ilə çıxış edib.

Konsert Bakı Kristal Zalında baş tutub, müğənni müxtəlif illərdəki hitlərindən ibarət şou təqdim edib və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb - sənətçi Bakı konsertinin ən parlaq anlarını 18000 çox tamaşaçıya nümayiş etdirib. İnstaqram sosial şəbəkəsində megastar tamaşaçılara qeyd edib: "Möhtəşəm gecə oldu. Möhtəşəm idin, Bakı. Super enerjiniz, coşqunuz, marağınız və sevginiz üçün təşəkkür edirəm".