XƏBƏRLƏR

YARADAN

YARADAN

09 dekabr 2017 - ci il tarixində saat 18:00- da XVII əsr abidəsi olan Qasım bəy hamamında Reinkarnasiya – “Tanımadığınız İşərişəhər” çərçivəsində “Yaradan” layihəsinin təqdimatı keçirilib. Layihənin əsas məqsədi bu qədim tikilini bərpa edib, ona yeni həyat verərək, gələcək nəsillər üçün dəyərli mədəniyyət mərkəzi kimi inkişafına təkan verməkdir. Bu layihə müxtəlif sahələrdə çalışan yaradıcı insanların birliyinin, mədəniyyətin inkişafı üçün əhəmiyyət daşımasının nümayişidir.“Yaradan” mövzusunu əsas tutaraq sərgidə yağlı boya işləri və instalyasiya (Vüsalə Ağarazıyeva), ədəbi əsər (Nigar Rzayeva) bəstələnmiş musiqi (Anar Yusufov), fotoşəkillər (Leyli Ələkbərova) və qısametrajlı film (Elçin Quliyev) təqdim edildi.

Sərginin iştirakçıları:

Vüsalə Ağarazıyeva Naib – Rəssam, Keramist

“Həyat bir ağacdır və onu hər gun boyuk məhəbbətlə bəsləməyimiz gərərkdir”.

1990-cı il iyul ayının 12-də Bakıda anadan olub. 2012-ci ildə Dövlət Rəssamlıq Akademiasının "Dekorativ-tətbiqi sənət" fakültəsini bitirmişdir. "Keramika" ixtisasına üzrə magistr. 2013-cü ildən Gənc Rəssamlar İttifaqının üzvüdür. Onun keramika, rəngkarlıq, installyasiya və konseptual işləri Bakıda və xaricdə çoxsaylı sərgilərdə nümayiş olunur.5 ildir ki, "İçəri şəhər" də öz işində çalışır.

Nigar Rzayeva Əbdülkərim – Yazıçı, Politoloq

“Bilik, bacarıq və təcrubənin illərcə bacarmadığını, məhəbbət bir göz qırpımında edir”

1976-cı ildə Bakı şəhərində anadan olub. Ali Diplomatiya Kollecini və Azərbaycan Prezidenti Yanında Dovlət İdarəcilik Akademiyasını bitirib, politologiya elmləri uzrə magistr. Sonuncu calışdığı yer - (2013-ci il) Bakı Kristal Zal”- da Layihələr, kutləvi idman və tamaşa tədbirlərinin təşkili şobəsinin mudiri.

İlk bədii əsəri “Qəlbin ruzgarı” (2017 - ci il)

Leyli Ələkbərova Kaml – Arxitektor, fotoqraf

“Portret fotoşəkillərində ən əsası insanların real hisslərini və emosiyalarını gostərə bilməkdir”

1980 - ci ildə Bakı şəhərində anadan olub.

2002- ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. 2013- cu ildən foto sənəti ilə məşğuldur. 2014 - cu ildə “Metro” adlı fərdi fotosərgisi kecirilmişdir.

2016 - cı ildə Mədəniyyət Nazirliyi tərəfindən kecirilən “Soz” layihəsində “Qadın portreti” movzusunda işlərini təqdim etmişdir. “Bakı Foto 2017” foto musabiqəsinin təşkilatcılarından biridir.

Elçin Quliyev Natiq – Fotoqraf, Videograf

“Xoşbəxtlik ucun bir fincan qəhvə və incə belli italyan qadını kifayətdir!”

1987- ci ildə Bakı şəhərində anadan olub. 2009- cu ildə Azərbaycan Dovlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissoru fakultəsini bitirib. Azərbaycan Dovlət və “Xəzər” televiziyalarında rejissor assistenti və rejissor vəzifəsində calışıb.

2011- ci ildən Azərbaycan Fotoqraflar Birliyinin uzvudur. Muxtəlif televiziya, mədəni və sosial layihələrdə rejissor və muəllif kimi iştirak edib.

Anar Yusifov Rüfət – Pianoçu, Bəstəkər, Prodüsser

“Həyatın hər anı təcrubədir”

21 iyul 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Bakı Musiqi Akademiyasının caz fakultəsini, 2010-cu ildə Rusiyanın Muasir Humanitar Akademiyasının informasiya texnologiyalar fakultəsini bitirib. 1994-2007-ci illərdə “Qaya” dovlət ansamblının solisti olub. 2003-cu ildən “Orient Xpress” caz və rok qrupunun rəhbəridir. 2009-2014-cu illərdə Cexiyada və İngiltərədə 4 albom buraxıb. Bir cox teatr tamaşaları və kompyuter oyunları ucun musiqi bəstələyib. 

2015-ci ildə Avropa Oyunlarının acılış mərasimi ucun “pre-show” musiqisinin muəllifidir. 2015-2016-cı illərdə “Səs Azərbaycan” layihəsinin aranjimancısı, 2016-ci ildə İslam Oyunlarının acılışının perfomans musiqisinin muəllifi, 2017-ci ildə isə “Formula 1” acılış mərasim musiqisinin muəllifidir.