Concert

XV Avropa Gənclər Yay Olimpiya Festivalı

XV Avropa Gənclər Yay Olimpiya Festivalı

İyulun 21-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının “Baku Crystal Hall”da təntənəli açılış mərasimi baş tutub.

Mərasimdə Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşüblər.

Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiri olub.

Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaldıblar. Bundan sonra atletlərin paradı başlayıb. Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirilib.

Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə dalğalandı.


İyulun 28-də isə festivalın təntənəli bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva , XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Niqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.