XƏBƏRLƏR

"Səs Azərbaycan"

"Səs Azərbaycan"

Dünyaca məşhur The Voice layihəsinin Azərbaycana lisenziyalı adaptasiyası olan "Səs Azərbaycan"-ın ən böyük vokal səs yarışması çəkilişləri Bakı Kristal Zalında gərçəkləşib .

2021-ci ilin oktyabr ayında İctimai Televiziyada müsabiqənin dinləmələri başlanıb. Verilişin aparıcısı Azər Süleymanlı, mentorları xalq artistləri Brilliant Dadaşova və Tünzalə Ağayeva, "Eurovision-2011" beynəlxalq mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, eləcə də populyar müəllif və ifaçı Murad Arifdir.

Bir neçə ay ərzində mentorlar öz komandalarının finalçılarını seçiblər.

Brilliant Dadaşovanın komandasından Emil Tağıyev finala yüksəlib. Tünzalə Ağayeva Hidayət Əliyevi seçib. Eldar Qasımov Nadir Rüstəmli seçimi üzərində dayanıb. Murad Arif Leyla İzzətovanı dəstəkləyib.

Layihənin finalı canlı yayımlanıb. Tamaşaçıların səsverməsinin nəticələrinə görə layihənin qalibi Nadir Rüstəmli olub, qalib kuboku və 25 000 manatlıq sertifikat əldə edib.

Eldar Tağıyev ikinci, Leyla İzzətova üçüncü, Hidayət Əliyev isə dördüncü yer tutub.

Xatırladaq ki, 2019-cu ilin aprel ayında İctimai Televiziya Talpa Global B.V. şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Əvvəlcə layihə yalnız uşaqlar üçün nəzərdə tutulsa da, sonra böyük ifaçılara tətbiq edilib.