Concert

“Taekvondo üzrə 26-ci Dünya Çempionati”

“Taekvondo üzrə 26-ci Dünya Çempionati”

Paytaxtımız 2023-cü ilin 29 may – 4 iyun tarixlərində beynəlxalq əhəmiyyətli idman yarışına - Taekvondo üzrə Dünya Çempionatına ev sahibliyi edib. “Baku Crystal Hall”da Taekvondo üzrə Dünya Çempionatına təşkil olunub.Dünya Taekvondo Federasiyasının 50 illik yubileyinə təsadüf edən bu çempionatda böyüklər arasında dünyanın ən yaxşı idmançıları sırasında yer alan kişi və qadın atletləri Dünyanın ən güclü taekvondoçuları 16 çəki dərəcəsində mübarizə aparacıb. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edilib. Ümumilikdə 145 ölkədən 1000-ə qədər idmançı rəsmi olaraq qeydiyyatdan keçib, öz iştiraklarını təsdiqləyiblər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edib.

 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoyulub.

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbiri izləyiblər.

Taekvondo üzrə dünya çempionatının açılışını izləmək üçün dövlətimizin başçısı və birinci xanım “Baku Crystal Hall”a gəldilər.

Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çu ilə görüşdülər.

Çunqvon Çu birinci xanım Mehriban Əliyevaya 8-ci dan Fəxri Qara kəmər və sertifikatını təqdim etdi.

Dövlətimizin başçısı və birinci xanım Dünya Taekvondo Federasiyasının prezidenti ilə söhbət etdilər.

Sonra taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirildi.

Ardınca Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video-müraciəti olub. O, taekvondonun Olimpiya ailəsində xüsusi yeri olduğunu deyərək, iştirakçılara uğurlar arzulayıb.

 

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov idmanın bu növünün Azərbaycanda populyarlığı və kütləviləşməsi barədə danışıb.