Concert

Filipp Kirkorov-şou "Я"

Filipp Kirkorov-şou "Я"

2016-cı ildə dekabr ayının 10-da çoxdan gözlənilən konsert baş tutdu. Rusiya şou-biznesinin “Kral”ı Filipp Kirkorovun “Я” adlı şousu anşlaqla keçdi. 17min  nəfərdən çox insanın iştirak etdiyi konsert proqramı ölkəmizin və Crystal Hall-un ev sahibliyi etdiyi ən möhtəşən konsertlərdən biri olaraq yadda qaldı.

Konsertdən bir neçə saat öncə Crystal Hall-a gələn ulduz arenanın böyüklüyünə və möhtəşəmliyinə heyranlığını bildirib: “Bura çox gözəldir, çox mükəmməldir. Mənim çox xoşuma gəldi”.  Daha sonra əvvəlki illərdə Jennifer Lopez, Rihanna, Shakira və başqa dünya ulduzlarının da olduğu səhnə arxasında onun üçün hazırlanmış ulduz otağına keçib konsertə hazırlaşdı.

3 saat davam edən konsertə sənətçi Azərbaycan dilində salamlama ilə başlayıb və tamaşaçılara öz hisslərini öz dilimizdə çatdırdı. Konsert boyu davam edən sürprizlərin ən maraqlısı isə onun Azərbaycanın əməkdar artisti Eyyub Yaqubovun “Kim bilir?” mahnısını oxuması oldu.

Nəhəng səhnə və transformer səhnə tərtibatı, hər musiqi nömrəsi üçün xüsusi hazırlanmış geyim və şou ilə tamaşaçıları heyrətləndirən Kirkorov Crystal Hall səhnəsində çıxış etməkdən çox məmnunluğunu bildirib.

Konsertdən sonra Filipp Kirkorov Baku Crystal Hall-un “Qonaq Kitabı”na öz təşəkkürünü yazdı: “İnanılmaz qəbul və anşlaq üçün çox sağ olun!”.