Bloq

Xobbilərimiz

Xobbilərimiz

Xobbilər təkcə boş vaxtlarımızı keçirdiyimiz maraqlı əyləncə vasitəsi deyil, həm də, maraqlı, intellektual və özünüinkişaf vasitəsi də ola bilir. Xobbilərin müxtəlifliyi insanın xarakterindən, zövqündən asılıdır. Bu müxtəliflik bizim mehriban kollektivə də rəngarənglik qatır.

            İnsanın dünyagörünüşündən, zövqlülüyündən, kreativliyindən xəbər verən hobbi fotoqrafiyadır. Şirkətimizin Kadrlar şöbəsinin müdiri Sima xanım Həsənova öz gündəlik işindən əlavə, həvəskar fotoqraf kimi gözəl şəkillər çəkməyə maraq göstərir. Hətta ofis otağının divarlarında çəkdiyi şəkillərdən foto guşə yaradıb. Sima xanımın sevə-sevə məşğul olduğu xobbisini Sizlərlə bölüşmək bizə xoşdur )