Bloq

Kazbek yüksəkliyinin fəthi

Kazbek yüksəkliyinin fəthi

Həm xaricdən, həm də daxildən maraqlı və müasir görünüşü və çoxfunksionallığı binanın tam avtomatlaşdırılmış ağıllı sistemlərlə qurulmasından irəli gəlir. Lakin bu “ağıllı” sistemlərin daimi tam işlək vəziyyətdə qalması, baş verən hər hansı problemin dərhal və məntiqli həlli yollarını Baş direktorun texniki məsələlər üzrə müavini Elçin Məmmədovdan öyrənirik. Texniki sahə üzrə olan marağından əlavə olaraq o, həm də ekstrim həvəskarıdır. 2016-cı ildə Elbrus zirvəsini fəth etdikdən sonra, bu ilin sentyabr ayında növbəti zirvəni - Kazbek yüksəkliyini fəth edib. Bu ekstrimal yolda Elçin Məmmədova sıx əməkdaşlıq etdiyimiz, Baku Crystal Hall-un İT dəstəkçisi Kibrit şirkətinin direktoru Tural Məmmədov yol yoldaşlığı edib. Zirvənin tam fəth olunmağına Tural M. nail olub və tam pikdə Azərbaycan bayrağını dalğalandırıb.

5047 m hündürlükdə Azərbaycan bayrağının dalğalandırılması qürurverici hissdir. Bu uğur münasibətilə onları ürəkdən təbrik edirik.