İdman

2 fevral Gənclər Günü festivalı

2 fevral Gənclər Günü festivalı

Fevralın 2-də “Baku Crystal Hall”da Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə möhtəşəm Gənclər Festivalı keçirilib. Tədbirdə ölkəmizin Gənclər və İdman naziri Azad Rəhimov iştirak edib.

Qonaqlar üçün kosmozona (robottexnika, elmi şou, transformerlərin çıxışı), oyun avtomatları zonası, kospley və güzgülü şou üçün stendlər, kvest-rum, qraffiti güşəsi, virtual reallıq zonası və s. əyləncələr yaradılmışdı.

Estrada ulduzlarının iştirakı ilə təşkil olunan konsert isə festivalın kulminasiya nöqtəsi oldu. Həmin gün tədbirin qonağı qismində iştirak edən tanınmış idmançılar da Azərbaycan gənclərinə bayram münasibətilə təbrik etdilər.