Bloq

Məryəm İsa

Məryəm İsa

Bu gün oxucularımızla həmkarlarımızın yaradıcılıq uğurunu bölüşmək istəyirik. Biz, istedadlı keramika sənətçisi və rəssam Vüsalə Ağarazıyeva və Məryəm İsa təxəllüslü, Layihələr, kütləvi idman və tamaşa tədbirlərinin təşkili şöbəsinin rəhbəri Nigar Rzayevanın iş birliyindən söhbət etmək istəyirik.

Layihədən iki gözəl iş  ərsəyə gəldi  -  "Psixoloq" və "Alim".  Buna qədər Vüsalə Ağarazıyeva özünə məxsus uğurlar qazansa da, Məryam İsanın  bu ilk addımlarıdı. Kitab məktublar və hekayələr toplusudur. Bir ömür boyu uzunluğunda olan bu qısa hekayə çox uzun müddət ərzində yaddaşlarda qalacaq. Ümumiyyətlə, bu kitab həqiqətəndə ruhu qidalandırır və bütün canlılara öz müsbət təsirini qoyur.

Komandamızda çox istedadlı həmkarlarımızın olduğu üçün xoşbəxtik və onlara daha da yaradıcı uğurlar və sonsuz ilham diləyirik!