Lİnk bİnasI

43 metr uzunluğunda və 42 metr enində olan Baku Crystal Hall-un inzibati binası arena ilə mətbuat mərkəzini birləşdirən 63 metirlik dəhlizin yerində inşa edilib. Çoxfunksiyalı bina Baku 2015 İlk Avropa Oyunları zamanı tikilib. Oyunlar vaxtı bu binada müxtəlif departamentlərinin ofisləri, atletlərin geyinib-soyunma otağları və idmançıların məşq zonası yerləşirdi. 

Hal-hazirda isə bina Crystal Hall-un inzibati ofis binası kimi fəaliyyət göstərir.

Arenadan mətbuat mərkəzinə 43 metr uzunluqda və 5 metr enində olan koridor keçid funksiyasını saxliyir və yumşaq mebellə təchiz olunan istirahət zonası kimi istifadə edilir.

İkimərtəbəli bina koridor uzunluğunda iki simmetrik hissəyə bölünür. Birinci mərtəbədə ofis otaqları, 25 nəfərlik iclas otağı, duş və texniki otaqlar yerləşir. İkinci mərtəbədə isə ofis otaqları, prezentasiya və konfrans keçirməyə əlverişli böyük zal yerləşir. Hər mərtəbənin hündürlüyü 4.5 m, dəhlizin mərkəzində isə 10.0 metrdir. Şimal və cənub tərəflər ikinci mərtəbənin səviyyəsində istirahət zonası funksiyası daşıyan körpüylə birləşir. 

Fasadlar və dam panaramik şüşə ilə örtülüdür.