Concert

Cennifer Lopez Bakı səhnəsində

Cennifer Lopez Bakı səhnəsində

2012-ci il sentyabrın 23-də müğənni Cennifer Lopez “Bakı Crystal Hall”un möhtəşəm səhnəsində geniş konsert proqramı ilə çıxış etmişdir.

Konsertə qonaq qismində qatılan müğənni Emin bildirib ki, “Baku Crystal Hall”un səhnəsində Cenifer Lopezlə birlikdə çıxış etmək onun üçün çox xoşdur. Səhnəyə çıxan dünya şöhrətli müğənni Cennifer Lopez Bakıdakı pərəstişkarları üçün misilsiz şou nümayiş etdirmişdir.


Müğənni ilə birgə ABŞ-ın Los-Angeles şəhərindən ölkəmizə 65 yük avtomobili və 5 təyyarə ilə xüsusi avadanlıq gətirilmişdir. Konsertin hazırlıq işlərinə 500-dək heyət cəlb olunmuşdur. Anşlaqla keçən konsertdə C.Lopezin ifa etdiyi mahnılar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Müğənninin Bakı konsertinə dünyanın bir çox ölkəsindən fanatları da gəlmişlər.