İdman

Baku 2017 - 100 gün

Baku 2017 - 100 gün

11-22 may 2017-ci il tarixlərində Bakıda keçiriləcək və IV İslam Həmrəyliyi Oyunlarına 100 gün geri sayım fleşmobu keşirilmişdir.
Oyunların açılış mərasiminə qədər qalan bu əlamətdar günü qeyd etmək məqsədi ilə 1 fevral tarixində Baku Crystal Hall-da 300-ə yaxın könüllü bir araya gələrək, həmrəyliklə flaşmob keçirib 100 rəqəmini yazdılar. Flaşmobun məqsədi oyunlarda iştirak edəcək könüllülərin qısa müddətdə öz öşlərini həmrəy şəkildə və sevə-sevə görəcəklərini göstərmək idi.
Tədbirdə islam Həmrəyliyi Oyunlarının direktoru və könüllülərin səfiri Elçin Səfərov və müğənni Tünzalə Ağayeva da iştirak edirdi. Onlar da öz növbəsində könüllülərin bu addımını və oyunlardakı rolunu çox qiymətləndirdiklərini qeyd etdilər.