İdman

EYOF - Bağlanış Mərasimi

EYOF - Bağlanış Mərasimi

İyulun 28-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının “Baku Crystal Hall”da təntənəli bağlanış mərasimi baş tutub.

Bağlanış mərasimində Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva , XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Avropa Olimpiya Komitələrinin (AOK) vitse-prezidenti Nils Niqaard, növbəti festivala ev sahibliyi edəcək Slovakiyanın Banska Bıstritsa bölgəsinin meri Yan Nosko, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak ediblər.