XƏbƏrlƏr

“Anadolu Atəşi” rəqs şousu

“Anadolu Atəşi” rəqs şousu

Fevralın 19-da 2023-cü ildə Bakı Kristal Zalının səhnəsində Türkiyənin dünya şöhrətli, əfsanəvi "Anadolu atəşi" rəqs kollektivinin növbəti möhtəşəm rəqs şousu təşkil olunub..

Konsertin əvvəlində Türkiyədə baş vermiş təbii fəlakəti əks etdirən videoçarx nümayiş olundu.

Rəqs kollektivi şoularında solo nömrələr, kütləvi dramatik səhnələr ifa etməklə yanaşı, “canlanan” dekorasiyalar qurub və qədim əfsanələri səsləndirib.

Mənbəyini Anadolunun min illik mifoloji və mədəniyyət tarixindən götürən “Anadolu atəşi” rəqs qrupu, demək olar ki, hər bölgədən toplanmış 3000 xalq rəqsi və musiqisini özündə ehtiva edən bir layihədir. Ansambl iki dəfə “Ginnesin rekordlar kitabı”na düşüb. Ən böyük tamaşaçı auditoriyasına malik bu rəqs qrupunun sürəti dəqiqədə 241 pa-dır.