
28 may 2018
Arena
10000
Tərəfdaş

Musiqili və bədii gecənin konsepsiyası 28 May 1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilmə tarixinə əsaslanır. Xalq Artisti Alim Qasımov və Əməkdar Artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, habelə Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, Xalq artistləri Azərinin, Zülfiyyə Xanbabayevanın, Samir Cəfərovun ifalarında “Ey Vətən”, “Şuşanın dağları” və “Neftçilər” mahnıları böyük maraqla dinlənildi. Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, Əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, “Rast” qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşatdı.