1.Baku Crystal Hall-a necə getmək olar?
Bu məlumat saytın əsas menyusunda CONTACT bölməsində yer alıb.
2.Tədbir keçirilmədiyi günlərdə Baku Crystal Hall ziyarətçilər üçün açıqdırmı?
Arenada həftənin 1-5-ci günləri iş, 6-7-ci (şənbə-bazar) günləri isə qeyri iş günləridir. Lakin, buna baxmayaraq ziyarətçilər üçün yalnız tədbir günləri açıqdır.
3.Mən tədbir vaxtı əşyamı Crystal Hall-da unutmuşam.Onu geri götürmək üçün kiminlə və necə əlaqə saxlamaq olar?
Saytın əsas menyusunda CONTACT bölməsindən əlaqə nömrələrini əldə edib bizimlə əlaqə saxlaya bilərsiniz.
4.Anons olunan konsert və ya idman yarışlarına biletləri necə əldə etmək olar?
Anonslar olan linkdə Sizə bilet əldə etmək üçün əlavə verilir.
5.Arenanın yaxınlığında bank və ya bankomat varmı?
Bu məlumatı saytın əsas menyusunda CRYSTAL HALL – ZİYARƏTÇİLƏR ÜÇÜN bölməsindən əldə edə bilərsiniz. Eləcə də, arenada “MilliÖn” və “Asan Ödəniş” terminalları quraşdırılıb.
6.Baku Crystal Hall-a şəxsi avtomobillə necə gələ bilərəm? Arenanın parkinq xidməti və ya yaxınlığında avtomobil parkı varmı?
Bu məlumatı saytın əsas menyusunda CRYSTAL HALL – ZİYARƏTÇİLƏR ÜÇÜN bölməsindən əldə edə bilərsiniz.
7.Arenaya yaxın market və ya iaşə köşkləri varmı?
Tədbir zamanı arena daxilində satış nöqtələri fəaliyyət göstərir. Arena xaricində Crystal Hall-a yaxın market və satış nöqtəsi Bayıl ərazisindədir.
8.Keçirilən tədbirlərə (konsert, idman yarışları) azyaşlı uşaqla gəlmək olarmı? Minimum yaş məhdudiyyəti qoyulubmu?
Minimal yaş həddi məhdudiyyəti tədbirin məzmunundan asılı olaraq təşkilatçı tərəfindən qoyulur. Əsasən qoyulan yaş məhdudiyyəti 18-dən yuxarı olur.
9.Yaxınlıqda restoran və ya kafe fəaliyyət göstərirmi?
Bəli, arenada lounge & cafe fəaliyyət göstərir.
10.Hal-hazırda vakansiya varmı?
Xeyir, lakin hər hansı vəzifə üzrə vakansiya elan edildikdə saytda elən olunacaq.
11.Sizdə fiziki qüsurlu şəxslər üçün hansısa şərait yaradılıbmı?
Bəli, bizim arenaya gələn qonaqlar və tamaşaçılar arasında fiziki qüsurlu şəxslər də nəzərə alınmışdır. Beləki, arenanın giriş və çıxışları, həmçinin fövqəladə hallar zamanı təcili çıxışlar, liftlər, sanitar qovşaqlar və digər zonalar fiziki qüsurlu şəxslərin istifadəsi üçün tam yararlıdır.