

ARENA
Azərbaycanda ən böyük qapalı arena – beynəlxalq şoular və kütləvi tədbirlər üçünİstənilən formatda tədbirlər üçün ideal seçim
Crystal Hall-un əsas arenası 23,000 nəfərlik tutumu ilə ölkənin ən geniş qapalı tədbir məkanıdır. Müasir akustika sistemi, səhnə və işıqlandırma texnologiyaları bu məkanda həm kütləvi şoular, həm də korporativ tədbirlərin keçirilməsini mümkün edir. Arenanın tribuna və meydan hissəsi fərqli tərtibatlarla istifadə oluna bilər və hər format üçün çevik quruluş təqdim edir.Əlavə Sahələr
Backstage — səhnə arxasında yaradıcı işlərin mərkəzi. Burada sənətçilər çıxışa hazırlaşır, texniki komandalar işlərini icra edir və bütün səhnə prosesi koordinasiya olunur. Rahatlıq və peşəkar şərait sayəsində həm yerli, həm də beynəlxalq tədbirlər ən yüksək səviyyədə təşkil edilir.





