25.02.2014
Daun Sindromlu İnsanın Beynəlxalq Günü
25 fevral tarixində “Bakı Crystal Hall”-un press mərkəzində Beynəlxalq Qadınlar Klubunun təşkilatçılığı və dəstəyi ilə Daun Sindromlu İnsanın Beynəlxalq Gününə həsr olunmuş xeyriyyə konserti keçirilmişdir. Tədbirə Səbail rayonu İcra Hakimiyyətinin Başçısı Asif Əskərov, onun birinci müavini Xalidə Bayramova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Kömitəsinin sədri Hicran Hüseynova, Nizami rayon İcra başçısı Tahir Budaqov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nərmin Bağırova və Beynəlxalq Qadınıar Klubunun üzvləri qatılmışdırlar. Daun Sindromlu Şəxslərin Assosiasiyasının “Dəcəllər” teatrı öz çıxışları ilə qonaqlara inanılmaz gecə bəxş etdilər. Onlar müxtəlif tamaşa və rəqslərlə çıxış etdilər.
Həmçinin tədbirdə uşaqlara dəstək olmaq üçün estradamızın ulduzları, Samira Allahverdi, Aslan, Mətin Rzazadə, Xəyalə Manaflı və s. çıxış etdilər. Sonda Assosiasiyanın Rəhbəri Zərifə Məmmədova çıxış edərək qonaqlara və təşkilatçılara öz təşəkkürünü bildirdi.