MƏtbuat mƏrkƏzİ

Kompleksin ərazisinə 120,0х42,0m ölçülərdə, 8,20 m hündürlükdə Mətbuat mərkəzi də daxildir. 

Mətbuat mərkəzi 2 hissəyə ayrılır:

  1. Konfrans zalı
  2. Ümumi zal

Konfrans zalı 800m2 sahədə, 500 nəfərlik tamaşaçı tutumuna malik konsert, idman yarışları və digər mühüm olaylarla bağlı mətbuat konfransı keçirməyə malik olan yerdir. Ümumi zal –a həmçinin 100 nəfərdən artıq insana eyni vaxtda xidmət edə bilən yeməkxana da daxildir. Ümumi sahəsi - 4100 m². İntelektual və idman yarışlarının, 2000 nəfərədək tamaşaçısı olan kiçik konsertlərin, banket və furşetlərin keçirilməsi üçün ideal məkandır.



Ön fasad 800m2 şüşədən ibarətdir, bu da şəhərə açılan gözəl panoramanın daxildə əks olunmasına şərait yaradır. Yan və arxa fasadlar ağ sendviç panellərlə örtülüdür.