17.05.2015
Azadlıq Meydanı (FSQ)
Şosse velosipedi idmanı üzrə yarışların keçiriləcəyi yarış yolu Hökumət Evinin qarşısında olan Azadlıq Meydanında başlayır və İçəri Şəhər daxil olmaqla Bakının müxtəlif yerlərindən keçərək 13,5 km-lik məsafəni əhatə edir.
Obyektə aid faktlar:
- Şosse velosipedi idmanı üzrə yarışlarda kişilər treki 16 dəfə, qadınlar isə 9 dəfə qət edəcəklər
- Şosse velosipedi idmanı üzrə yarışlar 20-21 iyun tarixlərində keçiriləcək
- Şosse kənarında quraşdırılan izləyi məkanlarından savayı, müvəqqəti inşa olunan bu obyekt yarışlar zamanı 500 tamaşaçı tutumuna malik olacaq
Keçiriləcək yarişmalar
- Şosse Velosipedi – 20-21 iyun
