17.05.2015
Bilgəh Çimərliyi (BIL)
Bilgəh Çimərliyi idman obyekti Bakıdan avtomobillə 30 dəqiqəlik məsafədə, Amburan Çimərlik Klubunun şimalında, Zaqulba şossesinin yaxınlığında yerləşir. Hazırda bu müvəqqəti obyektin tikintisi davam edir. Burada triatlon yarışı və şosse velosipedi üzrə zamana qarşı yarış keçiriləcək. Tamaşaçılar Bilgəh Çimərliyinə ən yaxın metro stansiyasından (Koroğlu) hərəkət edən avtobuslarla yarış obyektinə gedə bilərlər.
Obyektə aid faktlar
- Yarış zamanı bu obyekt triatlon yarışı və şosse velosipedi idmanı üzrə zamana qarşı yarışın hər ikisi üçün 500 tamaşaçı tutumuna malik olacaq
- Triatlon yarışları 13-14 iyun tarixlərində, şosse velosipedi idmanı üzrə zamana qarşı yarışlar 18 iyun tarixində keçiriləcək
Keçiriləcək yarişmalar
- Triatlon – 13-14 iyun
- Şosse velosipedi – 18 iyun