Baku 2015 Arenalar

“Kür” İdman və Avarçəkmə Mərkəzi - Mingəçevir (MIG)

“Kür” İdman və Avarçəkmə Mərkəzi - Mingəçevir (MIG)

Azərbaycanın kanoe və kayak qayıqlarında avarçəkmə və akademik avarçəkmə komandaları üçün təlim-məşq yeri rolunu oynayan “Kür” İdman və Avarçəkmə Mərkəzi milli olimpiya təlim mərkəzidir. Bakı şəhərindən avtomobillə təxminən 4-5 saatlıq məsafədə olan Mingəçevir şəhərində, Kür çayının mənzərəli sahillərində yerləşir. Avarçəkmə məqsədilə tikilmiş bu obyektin ərazisində otelin olması buranı mükəmməl bir yerə çevirir. Nəticədə il ərzində dünyanın müxtəlif yerlərindən idmançılar təlim üçün buranı seçirlər. 
 
Obyektə aid faktlar

  • Avarçəkmə üzrə yarışlar 14 İyundan başlayaraq 3 gün davam edəcək.
  • Avarçəkmə yarışlarında ümumilikdə 350 idmançı 15 medal dəsti uğrunda mübarizə aparacaq.
  • “Kür” İdman və Avarçəkmə Mərkəzinin tamaşaçı tutumu 274, ayaqüstə izləmək üçün isə əlavə olaraq 1000 nəfərlik yer var

Keçiriləcək yarişmalar

  • Avarçəkmə - 14-16 iyun