26.05.2015
Bakı Kristal Zalı (CHA)
Kristal
Zal Xəzər dənizində yarımadanın Bakı körfəzindəki çıxıntısının üzərində olan
simvolik Bayraq Meydanı ərazisində yerləşir. Bu nizamlana bilən və çox-məqsədli
məkan 2012-ci ildə keçirilmiş Avroviziya Mahnı Müsabiqəsi zamanı açılmışdı və
bu kompleks o vaxtdan bəri müxtəlif əyləncə, biznes və idman tədbirlərinə ev
sahibliyi edib.
Obyektə aid faktlar
- Bakı
Kristal Zalı 3 hissəyə bölünüb və 5 idman növünə ev sahibliyi edir - Voleybol,
Boks, Karate, Taekvondo və Qılıncoynatma
Bakı
Kristal Zalı 1-ə aid faktlar
- 13
iyundan başlayaraq 16 günlük Voleybol yarışları
- 3796
tamaşaçı tutumu
- 336
idmançı iştirak edəcək
Bakı
Kristal Zalı 2-yə aid faktlar
- 16 iyundan başlayaraq 12 gün Boks yarışları
- 2000
tamaşaçı tutumu
- 330
idmançı iştirak edəcək
Bakı
Kristal Zalı 3-ə aid faktlar
- 13-14
iyun tarixlərində 2 günlük Karate yarışları
- 16-19
iyun tarixlərində 4 günlük Taekvondo yarışları
- 23-27
iyun tarixlərində 5 günlük Qılıncoynatma yarışları
- Karate və
Taekvondo üçün tamaşaçı tutumu 1495, Qılıncoynatma üçün isə 1012-dir
- 96
idmançı Karate yarışlarında
- 128
idmançı Taekvondo yarışlarında
- 216
idmançı isə Qılıncoynatma yarışlarında iştirak edəcək