22.10.2018
Eko Sərgi
22-də Oktyabr tarixində Baku Crystall Hall`da “Ekoloji problemlər və onların həlli yolları tələbələrin gözü ilə” mövzusunda II gənclər sərgisi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə həmçinin nüfuzlu şəxslər də iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva simasında, həmçinin gənclər və idman naziri Azad Rəhimov, digər rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri sərgidə nümayiş etdirilən əsərlərlə tanış olublar.
Gənc yaşda formalaşan dünyaya maraq çox vaxt ciddi bir elmi işə çevrilir. Gənc tədqiqatçıların fikirləri ekoloji problemlərə yeni bir həll tapmağa kömək edir. Bu cür işlər çox vacibdir, o deməkdir ki davam ediləcəkdir. Sərginin keçirilməsində məqsəd gənclərin ekoloji sahəyə marağını artırmaq, onları bu sahədə maarifləndirmək, eyni zamanda, yaradıcılıq potensiallarını dəstəkləməkdir.
Sərgidə 14-29 yaşlı 200-dək gəncin dəzgah rəngkarlığı, kvillinq, xəttatlıq, keramika, rəngkarlıq, ebru sənəti, qrafika, qravüra, landşaft dizaynı, batika, vitraj, qravüra üslubları üzrə ekoloji mövzuda çəkdikləri rəsm əsərləri nümayiş etdirilib. Bununla yanaşı, gənclərin ekoloji mövzuda hazırladıqları müxtəlif əsərlər də sərgilənib.
Tədbirdə ustad dərsləri keçirilib, gənclərin iştirakı ilə eko-tamaşa, səhnəciklər, viktorinalar, sağlam həyat tərzinin təbliği məqsədilə idman yarışları təşkil olunub, adı Azərbaycanın “Qırmızı kitabı”na düşən heyvanlar və nadir ağaclar nümayiş etdirilib.
Sonda sərginin qalibləri mükafatlandırılıb.