14.06.2019
Azərbaycan rəssamlarının “Respublika satış sərgisi”
14 iyun 2019-cu ildə Mətbuat Mərkəzində Mədəniyyət Nazirliyi, Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının “Respublika satış sərgisi” baş tutub. Sərgi iyul ayının 4-ə qədər davam edib.
Açılış mərasimində Mədəniyyət naziri Əbülfəz Qarayev iştirak edib.
Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan tanınmış sənətkarlarla yanaşı orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulmuşdur.