Concert

EDIS konsert

EDIS konsert

Gözəl səs, hərarətli səhnə performansı ilə milyonların qəlbini fəth etmiş Türk popunun parlayan ulduzu EDİS “Bakı Kristal Zalında”da 6 may2023-cü il tarixində  solo konserti baş tutub.

Edisin çıxışından əvvəl Köfn qrupu səhnə alıb. Daha sonra səhnəyə Edis çıxıb. 9 min nəfərin izlədiyi konsertdə əsl izdiham yaşanıb.

Tamaşaçıları salamlayan Edis “Baku Crystall Hall”da çıxış edən ilk türkiyəli müğənni olduğundan sevinc hissi keçirdiyini bildirib:

“Düz 1 il əvvəl Bakıya gəlmişdim. Uzun zamandır konsert etmirdik, yenə Bakıda başladıq. Sizi çox sevirəm. Özümü bura aid hiss edirəm. Xoş gəlmisiniz. Yaxşı ki gəldiniz, yaxşı ki mənimləsiniz. Burada konsert verən ilk türkiyəli sənətçiyəm. Sağ əlim onların başına”.

Müğənni konsert ərzində ən hit və sevilən, eləcə də bir yeni mahnısını səsləndirib.