Concert

8 Mart – Beynəlxalq Qadınlar Günü Festivalı

8 Mart – Beynəlxalq Qadınlar Günü Festivalı

8 mart 2024-ci il tarixində Bakı Kristal Zalında Quality Event şirkətinin təşkilatçılığı ilə baş tutan “8 Mart – Beynəlxalq Qadınlar Günü Festivalı” baş tutub. Ölkənin bir çox ulduzların çıxışları ilə möhtəşəm konsert baş tutub.

Aygün Kazımova, Röya, Miri Yusif, Tünzalə Ağayeva, Namiq Qaraçuxurlu, Miro, Madteen – Rəssam,  Rəsul Əfəndiyev, Hiss və Elvin Babazadə festivalda xüsusi şou – proqram ilə səhnə alıblar.

Həmçinin “Kamerton” rəqs qrupu, möhtəşəm açılış simfoniyası, işıqlarla şou, atəşfəşanlıq və daha bir çox nəfəs kəsici anlar məhz bu festivalda həyata keçib.

Tamaşaçılar tədbirə böyük maraq göstərib və rekord həddə bilet satışı baş tutub. Gələn qonaqlar festival zalında yer alacaq köşklərdən maraqlı hədiyyələr qazana biliblər.